Braziliya 138 milyon doza "Pfizer" və "Janssen" peyvəndlərinin alınmasına dair müqavilə imzalayıb

16-03-2021, 09:19           
Braziliya 138 milyon doza "Pfizer" və "Janssen" peyvəndlərinin alınmasına dair müqavilə imzalayıb
Braziliya hökuməti ABŞ-ın "Pfizer" və "Janssen" şirkətləri ilə 138 milyon doza koronavirus peyvəndi almaq üçün müqavilə imzalayıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin səhiyyə naziri bildirib.

"Pfizer" peyvəndinin ilk tədarükü (1 milyon doza) aprel ayında həyata keçirilməlidir, may ayında 2,5 milyon, iyun və iyul aylarında isə daha 10 milyon doza gözlənilir. Ümumilikdə, ilin sonuna qədər 100 milyon doza dərman alınacaq. "Janssen" peyvəndinin 38 milyon dozası isə ilin ikinci yarısında əldə ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru