Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bu gün, 07:04           
Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO
Gəncə Birləşmiş Xəstəxanasında, Qüvvədə olan hüquqi aktların tələblərinə əsasən tibb müəssisələrini pulsuz dərman resepti blankları ilə Səhiyyə Nazirliyi təmin etsə də, Xəstəxana müqavilələr bağlamaqla blanklar alıb, bir sıra hüquqi aktların uzun illər əvvəl təsdiq edilməsi fonunda müasir tələblərin, qabaqcıl təcrübənin öyrənilərək təkmilləşdirilməməsi nəticəsində şəkərli diabetlə bağlı normaların ağırlıq dərəcəsindən asılı olmayaraq eyni dozada müəyyən olunması əhali sağlamlığının qorunması istiqamətində riskləri formalaşdırıb, eləcə də ərzaq təchizatı üzrə normalara əməl edilməməsi vəsait üzrə artıq icraya səbəb olub.
Tibbi xidmətlərin göstərilməsinə dair İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Xəstəxana arasında bağlanılmış müqavilənin şərtlərinə əməl olunmayıb, xidmətlərin dəyəri gecikmələrlə ödənilib. Belə ki, əhatə etdiyi illərdə məlumatlar 2-3 ay gecikmə ilə təqdim olunaraq, ekspertizadan keçirilməsi və ödənilməsi növbəti ildə həyata keçirilib.
Sığorta deyilən qurumun tabeçiliyində olan işçilərin Xəstəxanalarda və poliklinikalarda vətəndaşlarla kobud rəftar etmələri, vətəndaşlara qarşı haqsızlıqlar olunması, hətta sığorta işçilərinin vətəndaşla nəlayiq davranışı, təhqir etmələrinə rast gəlmək olur ki, bu da ciddi nöqsanların başlanğıcından biridir.
Dərman preparatları ilə bağlı fəaliyyətin hüquqi aktların tələblərinə uyğun təşkil edilməməsi dövriyyəsi məhdudlaşdırılmış və nəzarət edilən psixotrop maddələrin qeydiyyatının düzgün aparılmaması və zəruri ixtisasa malik həkimlər tərəfindən təyin edilməməsi ilə nəticələnib ki, bu da son nəticədə əhalinin sağlamlığının qorunması və ictimai təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli riskləri formalaşdırıb.
Eləcə də, Xəstəxana tibbi arayışların verilməsi ilə bağlı ödənişlərin alınması və rəsmiləşdirilməsində də nöqsanlara yol verib, Xəstəxana yerinə yetirdiyi halda, bəzi hallarda ödənişli əsaslarla göstərilən tibbi xidmətlərə görə vəsait daxil olmayıb.
Gəncə Birləşmiş Xəstəxanasının əhatə etdiyi illərdə bağlanılmış satınalma müqaviləsi barədə məlumatların müvafiq qaydada yerləşdirilməsi ilə bağlı müəyyən edilmiş müddətə əməl olunmayıb, Xəstəxananın 2024-cü ildə keçirdiyi satınalmaların hamısı, 2025-ci ildə 70 %-i dördüncü rübə aid olub.
Hesab edirəm ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasına ayrılan Tenderlərin, Maliyyə vəsaitinin yoxlanılması, yazıda göstərilən nöqsanların araşdırılması aidiyyəti qurumların diqqətində olacaq...
Ardı var.…
Sabina Babanli
Məqalədə qaldırılan iddialarla bağlı adları çəkilən şəxs və qurumların münasibətini dərc etməyə hazırıq!
TEREF




























Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru