Son 2 ildə Cənubi Qafqaz ölkələrində iqtisadi böyümə necə olub?

Bu gün, 00:07           
Son 2 ildə Cənubi Qafqaz ölkələrində iqtisadi böyümə necə olub?
Ötən il Cənubi Qafqaz ölkələrində – Azərbaycan, Ermənistan və Gürcüstanda ümumi daxili məhsulun (ÜDM) həcmi 133,9 milyard dollar olub.
Yeniavaz.com məşhur “Tradingeconomics” portalına istinadən xəbər verir ki, 133,9 milyard dollarlıq ÜDM-nin 55,5%-i (74,32 milyard dollar) Azərbaycanın, 25,2%-i (33,78 milyard dollar) Gürcüstanın, 19,3%-i isə (25,79 milyard dollar) Ermənistanın payına düşüb.
Müqayisə üçün bildirək ki, 2 il əvvəl – 2022-ci ildə Cənubi Qafqaz ölkələrində ÜDM-nin həcmi 123,3 milyard dollar olub. Bunun da, 63,9%-i (78,81 milyard dollar) Azərbaycanın, 20,2%-i (24,98 milyard dollar) Gürcüstanın, 15,9%-i isə (19,51 milyard dollar) Ermənistanın payına düşüb.
Açıqlanan məlumatlardan da göründüyü kimi, son 2 ildə Cənubi Qafqaz ölkələrinin birgə ÜDM-ində Azərbaycanın payı 63,9%-dən 55,5%-ə düşüb. Gürcüstanın ÜDM-i 20,2%-dən 25,2%-ə, Ermənistanın ÜDM-i isə 15,9%-dən 19,3%-ə yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru