"ChatGPT" bu ölkələrdə çökdü

Bu gün, 00:11           
"ChatGPT" bu ölkələrdə çökdü
"OpenAI" şirkətinin hazırladığı məşhur süni intellekt çatbotu "ChatGPT"nin fəaliyyətində qlobal səviyyədə nasazlıqlar müşahidə olunub.

Milli.Az xəbər verir ki, nasazlıqlar bir çox ölkələri əhatə edib. Ən çox şikayət Niderland istifadəçiləri tərəfindən qeydə alınıb, 2.700-dən artıq insan platformadan istifadə zamanı problemlərlə üzləşdiyini bildirib.

İstifadəçilərin böyük əksəriyyəti çatbotun cavab verməsində fasilələrin yarandığını qeyd edib. Digər hissəsi saytın yüklənməsində çətinlik yaşadığını, bir qismi isə ümumiyyətlə sistemə daxil ola bilmədiyini vurğulayıb.

Problem təkcə Niderlandla məhdudlaşmayıb. Böyük Britaniya, ABŞ, Almaniya, Yaponiya, İtaliya və başqa ölkələrdə də bənzər şikayətlər qeydə alınıb.

Hazırda problemin səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, texniki komandanın məsələni araşdırdığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru