Turçinov sirləri açdı: “Dedilər ki, Putini əsəbiləşdirə bilmərik”

23-03-2021, 11:35           
Turçinov sirləri açdı:
“Strateji tərəfdaşlarımızla, müttəfiqlərimizlə danışıqlara başladığımda mənim üçün şok olan hallar yaşandı”.

Ukraynanın keçmiş Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Qərbin Rusiya Prezidenti Vladimir Putini qıcıqlandırmasından və Krım və Donbas hadisələri zamanı Kiyevə kömək etmək istəməməsindən şikayətlənib.

AYNA-nın xarici mediaya istinadən bildirir ki, həmin zaman Prezident vəzifəsini icra edən Turçinova görə, əvvəlcə Qərbin Rusiyanı dayandıracağı illüziyası olub: “Budapeşt Memorandumu çərçivəsində öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı beynəlxalq tərəfdaşlara müraciət etdim. Strateji tərəfdaşlarımızla, müttəfiqlərimizlə danışıqlara başladığımda mənim üçün şok olan hallar yaşandı. Mənə belə dedilər: - "xeyr, burada problemlər var, Rusiya ilə hərbi münaqişəyə girməyə hazır deyilik".

Turçinov vurğulayıb ki, Qərbdən hərbi-texniki yardım istəyib: “Çünki əsgərlərə verəcək heç bir şey yox idi, orduda normal bir bədən zirehi belə yox idi. Cavab yenə də eyni oldu – “Xeyr. Biz Putini əsəbiləşdirə bilmərik. Çünki hərbi yardım başlayanda bu, Putini Ukraynaya qarşı daha aktiv təcavüzə məcbur edəcək. Buna görə də onu diplomatik cəbhədə cilovlayacağıq, gələcəkdə sanksiyalar tətbiq edəcəyik””.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru