Sanksiyalar Rusiyanın ABŞ-a neft tədarükünü necə artırdı? - "Bloomberg"
25-03-2021, 22:39

Dünya gücləri hazırda ABŞ və Rusiya arasında gedən "soyuq savaş"ı izləməkdədir. Yeni ABŞ prezidenti Coo Baydenin 30 ilə yaxın böyük Rusiyanı idarə edən Vladimir Putinin ünvanına dediyi fikirlər "yeni müharibə"nin əsasını qoymuş oldu.
Avropalı şəhçilər ABŞ və Rusiya arasında olan soyuqlaşmanın düyna dövlətləri üçün bütün sahələrdə ciddi təsirlərinin olacağını düşünsə də, əksər analitiklər ABŞ-ın və digər Avropa ölkələrinin Rusiyaya böyük ehtiyaclarının olduğunu gizlətmirlər.
Məsələyə iqtisadi konteksdən yanaşılsa son bir neçə ildə ABŞ-ın İran və Venesuelaya tətbiq etdiyi sanksiyalar Rusiyanın əlinə işləyib. Bunu dünyanın ən reytinqli "Bloomberg"i də təadiqləyir.
"Bloomberg" yazır ki, Rusiya 2020-ci ildə ABŞ siyasətini öz xeyrinə yönldərək əsas neft tədarükçülərindən birinə çevirildi. Ötən il Rusiyadan tədük edilən məhsulların ümumi həcmi rekord - 7% təşkil edib. Bu rəqəm təxminən 10 il əvvəl 0,5% olub. Həcminə görə Rusiya Kanada və Meksikadan sonra üçüncü yerdədir. 2020-ci ildə Rusiya ABŞ-a gündə orta hesabla 538 min barel, Səudiyyə Ərəbistanı isə 522 min barel neft tədarük edib.
Rusiya neftinə olan bu tələbin əsas səbəbi ABŞ-ın tədarükçülərinə daha çox tanış olan Venesuela və İrana qarşı sanksiyaları idi.
"Bloomberg" qeyd edir ki, vəziyyətə OPEC ölkələri tərəfindən istehsalın azalması və buna görə Səudiyyə Ərəbistanından ABŞ-a idxal olunan neft həcminin 1985-ci il səviyyəsinə enməsi də təsir etdi.
Rusiya lazım olanı vaxtında etdi
Mütəxəssislərə görə, ağır neft məhsullarının istehsalı mürəkkəb texnoloji proses tələb edir. Buna görə də, ənənəvi olaraq, ABŞ-dakı fabriklər Orta Şərq və Latın Amerikasındakı bəzi ölkələrdən ağır idxal olunan neftin emalına yönəldilib. Lakin onlarda hər hansı bir problem yarandıqda yeganə alternativin Rusiya olduğu aydın olub. Buna görə də Rusiya bu bazarı zamanında dəyərləndirərək ən qazanclı olan neft məhsullarının istehsalını təmin etmək üçün neft və neft emalı zavodlarında əlavə tərkib hissəsi kimi istifadə olunan mazut kimi ağır neft məhsullarının tədarükünü kəskin şəkildə artırıb.
Hazırda Ağ Evin bəzi tədarükçülərə sanksiyalar tətbiq etdiyi üçün bəzi şirkətlər artıq tələbatı tam olaraq təmin edə bilmir. Məsələn Norveçdə Şimal dənizi Brent qarışığı azalır və ehtiyatlar tükənir. "Bloomberg", ABŞ-ın neftayırma zavodları üçün mümkün alternativ mənbə Kanada hesab olunsa da, Amerika şirkətləri qoyulmuş limitə yaxınlaşır. Bu isə yenidən Rusiyaya ehtiyacın yaranacağı anlamını ortaya qoyur.
ABŞ-ın Rusiya neft şirkətlərinə qarşı sanksiyaları mümkündürmü?
"Bloomberg" bildirir ki, Ağ Ev Rusiya tədarükünün artması üçün hansı bir gərginlik görmür. Lakin bu, Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edilməsini də istisna etmir. Hazırda ABŞ-da vaxtaşırı Rusiyanın neft və neft məhsulları tədarükündə üçüncü yerdə olması barədə fikirlər eşidilir. Bu cür ifadələr həm Tramp dövründə, həm də mövcud administrasiya dövründə edilib.
Bizimxeber.az