Ermənistan prezidenti ikinci pasportunu gizlətməkdə qınanılır

31-03-2021, 00:20           
Ermənistan prezidenti ikinci pasportunu gizlətməkdə qınanılır
Ermənistan prezidenti Armen Sarkisyan vəzifəyə başlayarkən ikinci vətəndaşlığını gizlətdiyi üçün qınaq hədəfinə çevrilib.

Teref.az xəbər verir ki, Ermənistan Vəkillər Palatasının sədri Ara Zöhrabyan 53 vəkilin bu barədə Baş Prokurorluğa müraciət etdiyini feysbukdan bildirib.

Belə ki, həmin ərizəyə görə, A.Sarkisyan 2003-2012-ci illərdə Böyük Britaniya vətəndaşı olub və bununla da o, prezident seçilən şəxsin əvvəlki 6 il ərzində yalnız Ermənistan vətəndaşlığı daşımasına dair qanunun müddəasını pozub.

“Armen Sarkisyan yalnız Böyük Britaniya vətəndaşlığına 2012-ci ilin 1 mart tarixinədək xitam verilməsi halında Ermənistan prezidenti seçilə bilərdi”, – hüquqşünas vurğulayıb. /Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru