Tehranın şərti: “Sanksiyalar hissə-hissə yox, tam götürülməlidir”

6-04-2021, 07:07           
Tehranın şərti:
Səid Xətibzadə: “Amerikanın sanksiyaları tamamilə ləğv edilməlidir”

ABŞ-ın İrana qarşı sanksiyaları hissə-hissə yox, tam götürülməlidir. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə İran Nüvə Proqramı (JCPOA) üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı Komissiyasının iclası ərəfəsində deyib.

Xətibzadə qeyd edib ki, razılaşma yolu aydındır: Amerikanın sanksiyaları tamamilə ləğv edilməlidir: “Bundan əmin olmaq lazımdır. Sonra İran öz tədbirlərini görəcək. Başqa sözlə, addım-addım deyil, yalnız bir addım var və bu bir addım bütün sanksiyaların ləğvidir. Bundan sonra İran tərəflərin razılaşma ilə bağlı tədbirlərini görəcək”.

Qeyd edək ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran tərəfindən imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planı İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların götürülməsini nəzərdə tuturdu. Tehran razılaşmaya əsasən, nüvə ilə bağlı çalışmalarını üç il davam etdirmədi. 2018-ci ilin mayında həmin vaxt ABŞ Prezidenti olan Donald Tramp birtərəfli qaydada razılaşmadan geri çəkilməyə və Tehrana qarşı sərt sanksiyaları bərpa etməyə qərar verdi. Bundan bir il sonra, 2019-cu ildə isə İran uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyəti bərpa etdi. İndi yenidən həmin razılaşmaya əməl edilməsi məsələsi gündəmə gəlib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.