Axar.az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk deyib.
“Hansı əlavə qüvvələr? Qoşunların hərəkəti, rotasiyası var. Lakin Ukrayna Donbasa əlavə qüvvə göndərmir”, - deyə Kravçuk bildirib.
Onun sözlərinə görə, Ukrayna Donbasa heç vaxt hücum etməyib və etməyəcək.