“Müharibənin bitməsi üçün yeganə yol NATO-ya üzvülükdür” - Ukrayna prezidenti

6-04-2021, 17:28           
“Müharibənin bitməsi üçün yeganə yol NATO-ya üzvülükdür” - Ukrayna prezidenti
“Ukraynanın NATO-ya üzv olması Donbasda müharibənin başa çatmasının yeganə yoludur”.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Volodimir Zelenski NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Ukrayna NATO-ya üzvülüyə doğru gedir: “Bu, Donbasda müharibənin bitməsinin yeganə yoludur. Biz ordumuzda və müdafiə sektorunda islahatlar aparırıq. Rusiyanın qarşısı yalnız islahatlarla alınmaz. Üzvülüklə bağlı fəaliyyət planı Rusiya üçün əsl siqnal olacaq”.

Yens Stoltenberq isə qeyd edib ki, NATO Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru