“44 gün ərzində müharibə yox, erməni hərçbilərinin qırğını olub” - Vazgen Manukyan

6-04-2021, 18:08           
“44 gün ərzində müharibə yox, erməni hərçbilərinin qırğını olub” - Vazgen Manukyan
“44 gündə müharibə yox, qırğın olub. Bütün kütləvi informasiya vasitələri susdurulub, minlərlə gənc insanı isə atəşin ağzına atıblar”.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın müxalifətdə olan “Vətəni xilas naminə hərəkatı”nın mitinqində, hərəkatın baş nazirliyə namizədi Vazgen Manukyan deyib.

Daha sonra o, erməni xalqının bütün bunları Paşinyan iqtidarına bağışlayıb-bağışlamayacağı barədə sual edib.

“Bu, seçki ilə kənarlaşdırıla biləcək pis hakimiyyət deyil. Sizin ürəyiniz onlara nifrətlə dolu olmalıdır. Onlar vətəninizi məhv ediblər.

Burada yeganə yol onları bütün xalqla bərabər qovmaqdır. Mən seçkiləri tanımıram. Bu iqtidarı nə qədər çətin şəkildə qovsaq, bir o qədər də özümüzə hörmət etmiş olacağıq. İndi deyirlər ki, yollar açılacaq. Belə çıxır ki, siz kommunikasiyaların açılmasından ötrü müharibəni uduzmusuz? Pis yaşayırsınız? Demək bundan daha betər gündə olacaqsınız. Bütün proses buna doğru gedir”,-deyə erməni siyasətçi danışıb.

Vazgen Manukyanın iddiasına görə, qarşıdan gələn növbədənkənar seçkilər Ermənistana bədbəxtlikdən başqa bir şey gətirməyəcək. Əgər vəziyyət kökündən dəyişməsə, Ermənistan tədricən ölümə məhkum olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru