ÜST: Artıq 190 ölkədə koronavirusa qarşı peyvənd vurulur

7-04-2021, 00:04           
ÜST: Artıq 190 ölkədə koronavirusa qarşı peyvənd vurulur
COVAX artıq 86 ölkəyə 36 milyon doza peyvənd tədarük edib
Koronavirusa qarşı peyvəndləmə artıq 190 dövlətdə başlayıb, 86 ölkə peyvəndi beynəlxalq COVAX mexanizmi vasitəsilə alıb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus verib.
“Bu ilin əvvəlində bütün ölkələri 2021-ci ilin ilk 100 günündə səhiyyə işçilərini və digərlərini immunizasiya etməyə başlamağa çağırmışdım. Bu həftə həmin 100 günlük müddət başa çatır və 190 ölkə peyvəndləməyə başlayıb. COVAX artıq 86 ölkəyə 36 milyon doza peyvənd tədarük edib, bu həftə onların sayı 100-ə çata bilər”, - o deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru