ABŞ və İordaniya liderləri danışıqlar aparıblar

8-04-2021, 06:11           
ABŞ və İordaniya liderləri danışıqlar aparıblar
ABŞ prezidenti Cozef Bayden və İordaniya Kralı II Abdullah siyasət, iqtisadiyyat və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən Amerika və İordaniya liderləri arasında baş tutan telefon danışığından sonra yayılan yazılı açıqlamada deyilir.

Məlumata əsasən, Bayden II Abdullahı “İordaniyanın ABŞ tərəfindən güclü dəstəklənəcəyinə” inandırıb. Bundan əlavə, Amerika administrasiyasının rəhbəri II Abdullahın rəhbərliyinin "ABŞ və [Orta Şərq] bölgəsi üçün" vacib olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru