Britaniyanın ən varlı şəxslərindən biri malikanəsində öldürülüb

9-04-2021, 07:38           
Britaniyanın ən varlı şəxslərindən biri malikanəsində öldürülüb
Mehmanxana sahibi Riçard Leksinqton Satton kənd malikanəsində bıçaqlanaraq öldürülüb.

APA “Sky News”a istinadən xəbər verir ki, evə hücum zamanı sahibkarın həyat yoldaşı Enn Çrayber də bıçaqlanıb.

Qadın xəstəxanaya aparılıb, vəziyyəti kritik olaraq qiymətləndirilir.

Satton şirkəti tərəfindən məlumat təsdiqlənib.

Qeyd edək ki, zadəgan nəslindən olan Satton Londonda iki otelə (Beşulduzlu “Sheraton Grand” və “Lux Athenaeum”) sahib idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru