ABŞ İstanbulda Əfqanıstan üzrə konstruktiv danışıqların keçirilməsi üzərində işləyir

9-04-2021, 07:11           
ABŞ İstanbulda Əfqanıstan üzrə konstruktiv danışıqların keçirilməsi üzərində işləyir
ABŞ Türkiyə və Əfqanıstanla birlikdə İstanbul konfransının keçirilməsi üzərində işləyir.

Trend-in məlumatına görə, bunu mütəmadi brifinq zamanı jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib.

N.Pray bildirib: "Bu konfransda konstruktiv iştiraka hazırlaşmaq üçün Türkiyəli həmkarlarımız və Əfqanıstan tərəfi ilə birlikdə işləyirik". Mətbuat katibi qeyd edib ki, Əfqanıstanda "sülh prosesini sürətləndirəcək" görüşün hazırlanması üzrə fəal iş aparılır:

"Qarşıdakı konfrans Əfqanıstan tərəfinə məsləhətləşmələr yolu ilə irəliləməyə kömək etmək məqsədi daşıyır və hazırda Dohada davam edən sülh danışıqlarının bir hissəsidir".

Onun sözlərinə görə, ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Xəlilzad hələki Qətərin paytaxtında Əfqanıstan hökuməti və radikal "Taliban" hərəkatının nümayəndələri ilə məsləhətləşmələrdə iştirak edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru