Minnesotada etirazlar başladı – Daha bir qaradərili öldürüldü

12-04-2021, 10:44           
Minnesotada etirazlar başladı – Daha bir qaradərili öldürüldü
ABŞ-ın Bruklin-Center (Minnesota ştatı) şəhərində polis əməkdaşı qaradərili kişini vuraraq öldürdükdən sonra etiraz aksiyaları başlayıb.

Teleqraf.com xəbər verir ki, “Star Tribune” nəşrinin yazdığına görə, söhbət 20 yaşlı Dante Raytdan gedir. Şəhər polisi əməkdaşları yol qaydalarını pozduğu üçün avtomobilini saxlayıblar. Bu zaman onlar gəncin tutulması üçün daha əvvəl order verildiyini öyrəniblər. Rayt onu saxlamağa çalışan polisin tələblərinə tabe olmayaraq yenidən maşınına minib.

Polislərdən biri gəncə atəş açıb. Onun maşını başqa bir maşına çırpılıb. Rayt tibbi yardım alıb, ancaq dərhal ölüb.

Etirazların şəhər polis idarəsinin binasında başladığı qeyd olunur. Nümayişçilər polisin tələbi ilə dağılmaqdan imtina etdilər. Hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qaz, səs bombası və rezin güllələrdən istifadə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru