Hindistan Rusiyanın “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi

13-04-2021, 06:08           
Hindistan Rusiyanın “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi
Hindistanın ərman vasitələri üzrə mütəxəsisslərin xüsusi komissiyası Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

Trend-in İnterfaksa istinadən verdiyi məlumata görə, komissiyanın verdiyi qərarda deyilir: "Dərman vasitələrinin tənzimləyicisinin təhlükəsizlik üzrə komitəsi ölkədə Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib".


Xatırladaq ki, "Sputnik V" Hindistanda təsdiqlənmiş üçüncü peyvənddir. Daha əvvəl ölkədə "AstraZeneca" şirkətinin texnologiyalarından istifadə edərək Hindistanda istehsal olunan "Covishield" və yerli "Covaxin" peyvəndlərinin istifadəsinə icazə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru