Putin Zelenski ilə görüşdən imtina etdi - Sərhədə 4 min qüvvə göndərildi

13-04-2021, 08:49           
Putin Zelenski ilə görüşdən imtina etdi -
Ukrayna və Rusiya arasındakı gərginlik artmaqda davam edir.

Teref.az xəbər verir ki, Ukrayna prezidentinin mətbuat katibi Yuliya Mendel Rusiyanın ölkəsinin şərq sərhədləri yaxınlığında 4 mindən çox hərbi qüvvə topladığını açıqlayıb.

Bu qüvvələrlə yanaşı Krımda da 40 mindən çox rus hərbçisinin olduğunu söyləyən Mendel Prezident Vladimir Zelenskinin Parisə gedəcəyini və Donbasda artan gərginlik və Rusiyanın addımlarından danışacağını deyib.

Mendel Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyini, lakin hələ bir cavab almadığını bildirib: “Ümid edirəm ki, bu, dialoqdan imtina etdikləri anlamına gəlmir”.

Digər tərəfdən, Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanı qoşunlarını ölkə sərhədlərindən çıxarmağa və Minsk razılaşmasının şərtlərini yerinə yetirməyə çağırıb.

Teleqraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru