ABŞ-da rəyi soruşulanların 42 faizi Baydenin işindən narazıdır

26-04-2021, 06:20           
ABŞ-da rəyi soruşulanların 42 faizi Baydenin işindən narazıdır
ABŞ Prezidenti Co Baydenin andiçmə mərasimindən 100 gün sonrakı dəstək reytinqi ABŞ-ın keçmiş başçısı Donald Trampın antirekorduna yaxınlaşıb.

"Washington Post" və "ABC News"un keçirdiyi birgə sorğunun nəticələri belə deməyə əsas verir.

Sorğunun nəticələrində görə, Baydenin işini respondentlərin 52%-i "birmənalı" və ya "müəyyən mənada" bəyənir. Onlardan 90%-i demokratlar, 47%-i müstəqil respondentlər, 13%-i isə respublikaçılardır.

Rəyi soruşulanların 42 faizi Baydenin işindən narazıdır.

Qeyd olunur ki, ABŞ-ın əvvəlki bütün prezidentlərindən yüksək vəzifədə 100 gün qaldıqdan sonra Baydendən daha aşağı təsdiq reytinqinə yalnız Tramp malik olub. Belə ki, onun işinin məmnunluq reytinqi 42% təşkil edib. 2017-ci ilin aprelində isə Trampın hərəkətlərini respondentlərin 53%-i dəstəkləməyib.

Qeyd edək ki, sorğu 18-21 aprel tarixlərində ingilis və ispan dillərində telefon vasitəsilə aparılıb və sorğuda yetkinlik yaşına çatmış 1007 respondent iştirak edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.