ABŞ gəmiləri Fars körfəzində İran gəmilərinə xəbərdarlıq atəşi açıb

28-04-2021, 06:09           
ABŞ gəmiləri Fars körfəzində İran gəmilərinə xəbərdarlıq atəşi açıb
ABŞ Hərbi-Dəniz Qüvvələrinin gəmiləri Fars körfəzində onlara yaxınlaşan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələrinin gəmilərinə xəbərdarlıq atəşi ediblər və bundan sonra İran gəmiləri təhlükəsiz bir məsafəyə çəkilib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar donanmasından bildirilib.

“Amerika komandaları radio və səsgücləndiricilər vasitəsi ilə çox sayda xəbərdarlıq göndəriblər, lakin SEPAH-ın gəmiləri yaxın məsafədən manevr etməyə davam ediblər. “Firebolt” qayığının heyəti daha sonra xəbərdarlıq atəşi edib və İran gəmiləri Amerika gəmilərindən təhlükəsiz bir məsafədə geri çəkiliblər”, - deyə açıqlamada qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru