İran və ABŞ məhbus mübadiləsi edəcək

3-05-2021, 00:10           
İran və ABŞ məhbus mübadiləsi edəcək
İran casusluqda günahlandırılan dörd ABŞ vətəndaşını ölkələr arasında məhbus mübadiləsi çərçivəsində təhvil verəcək. Bu barədə Livanın əl-Mayadeen telekanalı məlumat yayıb.

“Vaşinqton dörd İranlı məhbusu sərbəst buraxacaq. Bunun müqabilində İran ABŞ kəşfiyyatının mənafeyi naminə casusluqda ittiham olunan dörd amerikalını təhvil verəcək”,- deyə kanal İran mənbələrinə istinadən bildirib.

Qeyd edək ki, bundan əvvəl Vaşinqtonun İranı Birgə Hərtərəfli Fəaliyyət Planına uyğunlaşmağa məcbur etmək üçün Tehrana qarşı bəzi sanksiyaları ləğv etməyə hazır olduğu barədə xəbər verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru