Ukraynada yarım milyondan çox insan Rusiya vətəndaşlığını aldı

3-05-2021, 10:44           
Ukraynada yarım milyondan çox insan Rusiya vətəndaşlığını aldı
Ukrayna ilə Rusiya arasında ölkənin şərqində və Krımda gərginlik davam etdiyi müddətdə yarım milyondan çox ukraynalının Rusiya vətəndaşlığını qəbul etdiyi açıqlanıb.

Sfera.az xəbər verir ki, bu haqda Rusiya Daxili İşlər Nazirliyi açıqlama verib. Açıqlamada Donetsk və Luqansk bölgələrində təxminən 530 000 insanın Rusiya vətəndaşlığına keçdiyi qeyd olunub.

Rusiya prezidenti Vladimir Putin ötən ilin 24 aprelində Luqansk və Donetsk sakinləri üçün Rusiya pasportlarının alınması prosesini asanlaşdıran fərmanı imzalayıb.

Fərmanla Rusiya vətəndaşlığını almaq üçün edilən müraciətin incələmə müddəti 6 aydan 3 aya endirilib. Bundan əlavə, müraciət edən Belarus və Ukrayna vətəndaşlarının rus dilində danışma tələbi ləğv edilib.

2019-cu ilin iyul ayında qanuna edilən yeni dəyişikliklə Rusiya vətəndaşlığına keçmək üçün mövcud vətəndaşlıqdan çıxmaq tələbi də götürülmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru