Bu görüntülər Fransanı qarışdırdı – Hərbçini dirəyə bağlayıb qırıcı təyyarə ilə...- VİDEO

9-05-2021, 00:06           
Bu görüntülər Fransanı qarışdırdı –
Fransada Hərbi Hava Qüvvələrində əsgərə verilən işgəncə görüntüləri ortaya çıxıb.
Yeniavaz.com “laprovence.com”a istinadla xəbər verir ki, Fransada Hərbi Hava Qüvvələrinin hərbçilərinin bir əsgərə işgəncə verdikləri məlum olub. Belə ki, əsgər poliqonda möhkəm şəkildə dirəyə bağlanıb, başına torba keçirilib. Daha sonra qırıcı təyyarə ilə həmin “hədəf”in ətrafına atəş açılıb. Təxminən 20 dəyqə ərzində əsgər yanına düşən mərmilərin təhlükəsini hiss etməyə məcbur edilib. Fransalı rəsmilər bildirir ki, hadisə 2019-cu ildə baş versə də indi ortaya çıxır. Faktla bağlı cinayət işi açılıb. Adı çəkilməyən əsgər dindirilib. Onun uzun müddətdir hadisənin təsirindən çıxa bilmədiyi, travma aldığı vurğulanıb. Baş verən hadisədə iştirak edən bütün hərbçilərin cəzalandırıldığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru