Belçikada kafe və restoranlar açılıb, komendant saatı ləğv edilib

9-05-2021, 00:03           
Belçikada kafe və restoranlar açılıb, komendant saatı ləğv edilib
Belçikada altı ay sərt qapanmadan sonra bu gün kafe və restoranlar açılıb, komendant saatı ləğv edilib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu gündən etibarən ölkə sakinlərinin kafe və restoranlara getməsinə icazə verilsə də, ancaq müştərilərin qəbulu açıq havada və ya bir örtük altında olacaq.

Paytaxt Brüsseldə artıq həftənin şənbə və bazar günləri üçün restoranlarda masalar əvvəlcədən sifariş edilib.

Bütün bunlara baxmayaraq, sanitariya şərtlərinə, sosial məsafənin qorunmasına polis nəzarət edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru