Amerikalı admiral Rusiya-Ukrayna savaşında kimin qalib gələcəyini açıqladı

9-05-2021, 09:08           
Amerikalı admiral Rusiya-Ukrayna savaşında kimin qalib gələcəyini açıqladı
ABŞ hərbi dəniz qüvvələrinin ehtiyatda olan admiralı NATO-nun Avropadakı qoşunlarının keçmiş komandanı Ceyms Stavridis Rusiya ilə Ukrayna arasında müharibə başlayacağı halda ABŞ-ın necə reaksiya verəcəyi barədə danışıb.

Bu barədə “Bloomberg” nəşri yazıb.

Admiralın sözlərinə görə, konflikt ilk növbədə Qara dənizdə başlaya bilər, belə ki, Rusiya burada yüksəkdəqiqlikli silahlara malikdir.

“Ukrayna NATO-nun “birinə hücum hər kəsə hücumdur” təhlükəsizlik zəmanətinə uyğun olmayacaq”, - deyə admiral bildirib.

Admiralın fikrincə, bu, o deməkdir ki, Ukrayna ilə Rusiya arasında müharibə olacağı halda ABŞ Kiyevin tərəfində müharibədə iştirak etməyəcək. Müharibə isə Rusiyanın qələbəsi ilə nəticələnəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru