ABŞ əlavə doza vaksinlə bağlı tədqiqtlara başladı

3-06-2021, 07:35           
ABŞ əlavə doza vaksinlə bağlı tədqiqtlara başladı
ABŞ Milli Səhiyyə İnstitutu (NIH) başqa bir istehsalçının əlavə, üçüncü doza COVID-19 peyvəndinin təsirləri ilə bağlı tədqiqatlara başlayıb.

TASS bu barədə elmi mərkəzin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Bildirilir ki, sınaqlar zamanı COVID-19-a qarşı tam vaksinasiya olunmuş yetkin könüllülər digər istehsalçılardan artırıcı dozada peyvənd olunacaqlar.

Məqsəd qarışıq gücləndirici sxemin təhlükəsizliyini və immunogenliyini müəyyənləşdirməkdir.

“Baxmayaraq ki, hazırda ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənmiş peyvəndlər COVID-19-a qarşı etibarlı qoruma təmin edir, biz yenə də immunitetin zəifləməsinin qarşısını almaq və inkişaf etməkdə olan virusdan qorunmaq üçün peyvəndləri yenidən tətbiq etməyə hazır olmalıyıq”, - deyə ABŞ-ın Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi bildirib.

Onun sözlərinə görə, müvafiq araşdırma lazım gələrsə, qarışıq formada revaksinasiya qərarı üçün yol açacaq.

İlkin test nəticələrinin 2021-ci ilin yayında çıxacağı gözlənilir. Bu tədqiqat zamanı möhkəmləndirici doza alan könüllülər bir il müddətində izləniləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru