“Exit poll”: Peruda prezident seçkilərində Keyko Fuximori qalibdir

7-06-2021, 07:52           
“Exit poll”:
Sağ mərkəzçi "Xalq gücü" Partiyasının namizədi, keçmiş diktator Alberto Fuximorinin qızı Keyko Fuximori Peruda keçirilən prezident seçkilərində qalib gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu “Ipsos” sosioloji xidmət tərəfindən keçirilən “exit poll”un nəticələri göstərir.

İlkin məlumatlara görə, Fuximori 50,3 % seçici səsi qazanıb. Onun rəqibi, solçu "Azad Peru" radikal partiyasını təmsil edən Pedro Kastilyoya isə seçicilərin 49,7 %-i dəstək verib.

Perunun Mərkəzi Seçki Komissiyası yerli vaxtla 23:30-da (Bakı vaxtı ilə saat 08:30-da) səsvermənin ilkin nəticələrini elan edəcək.

Seçkilərdən bir həftə əvvəl keçirilmiş sosioloji sorğularda paytaxt Limada seçicilərin 2/3-dən çoxu ölkənin keçmiş diktatoru Alberto Fuximorinin qızı Keyko Fuximoriyə səs vermək niyyətində olduğu məlum olub. Seçicilərin demək olar, 1/3-i isə solların namizədini dəstəkləmək niyyətində olduğunu açıqlayıb.

Peruda 70 yaşa qədər seçicilərə səsvermədə iştirak məcburi xarakter daşıyır. Seçkilərin ikinci turunun gedişini 15 xarici nümayəndə heyəti müşahidə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru