Rusiyada yeni kosmik teleskop üçün 2 milyard rubldan çox vəsait ayrılıb 8-06-2021, 07:09 Rusiya hökuməti “Roskosmos”a 2 milyard rubldan çox vəsait ayırıb.APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Dövlət satınalmaların saytında məlumat yerləşdirilib.Məqsəd Rusiyanın "Spektr-M" astrofizik kosmik rəsədxanasının yaradılmasından ibarətdir.Bildirilib ki, kosmik teleskop və elmi avadanlıqların istehsalı və sınağına 2,2 milyard rubl xərclənəcək.Yeni rəsədxana kompleksinin inşasının 2025-ci ilin noyabr ayına qədər tamamlanması planlaşdırılır. Facebook-da paylaş