Ekvador prezidenti əməliyyat üçün ABŞ-a yollanacaq

8-06-2021, 07:19           
Ekvador prezidenti əməliyyat üçün ABŞ-a yollanacaq
May ayının sonunda vəzifəsinə başlayan Ekvador prezidenti Gilyermo Lasso onurğasında əməliyyat üçün ABŞ-a yollancaq.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Ekvador liderinin mətbuat xidməti "Twitter"də açıqlama verib.

Açıqlamada deyilir: "Əməliyyat zamanı<...> bel nahiyəsindəki keçmişdə müvəffəqiyyətsiz müalicənin nəticəsi olduğu şiş aradan qaldıracaq". 65 yaşlı siyasətçinin ABŞ-a iyunun 20-də getməsi planlaşdırılır. Əməliyyatın tarixi və yeri açıqlanmayıb.

Yerli mediada verilən xəbərlərə görə, G.Lasso 2013-cü ildə İspaniyaya ziyarəti zaman belindən zədə alıb. O, 2017-ci ildə ABŞ-ın Ohayo ştatının Klivlend şəhərindəki klinikasında onurğa əməliyyatı keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru