İran Ukrayna təyyarəsində həlak olanların ailələrinə kompensasiya ödəyir

8-06-2021, 11:49           
İran Ukrayna təyyarəsində həlak olanların ailələrinə kompensasiya ödəyir
İran səhvən raketlə vurduğu Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsində həlak olanların ailələrinə kompensasiya ödənişlərinə başlayıb. Bu barədə İranın xarici işlər nazirinin müavini Möhsün Baharvənd məlumat verib.

Onun sözlərinə görə artıq ailələrin bir qismi kompensasiyanı alıb. Nazir müavini bəyan edib ki, kompensasiya məbləği İranın beynəlxalq öhdəliklərinə əsasən nəzərdə tutulduğundan daha artıqdır və hər ailəyə 150 min dollar olmaqla hesablanıb.

Qeyd edək ki, Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsi “Boeing 737-800” yanvarın 8-i 2020-ci ildə Tehran hava limanından səmaya qalxıb. İran tərəfi təyyarənin təsadüfən vurulduğunu bəyan edib. Partlayış nəticəsində 176 nəfər həlak olub. Onların arasında çoxu Ukrayna vətəndaşı olmaqla, İran, Kanada, Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları da olub.

/azpolitika.info/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru