ABŞ silah hegemonluğunu itirir

24-02-2016, 12:12           
ABŞ silah hegemonluğunu itirir
Rusiya və Çinin Amerika donanması ilə rəqabət məqsədi ilə hazırlayacağı təyyarə gəmiləri ABŞ-ın bu sahədə hegemonluğuna son qoyacaq.

Axar.az xəbər verir ki, bu sözlər nüfuzlu “Vaşinqton Post” qəzetində yer alan analizdə qeyd olunub.

Qəzetin araşdırmalarına görə, Moskva-Pekin əməkdaşlığı müdafiə sistemlərinin daha da təkmilləşməsinə yardım edəcək:

“ABŞ işlənmiş hərbi proqramları tətbiq edərək köhnə silah növlərinə güvənir. ABŞ-ın ölkə xaricindəki əməliyyatları iflas həddinə çatıb. Əvvəllər Vaşinqtonun təyyarə gəmiləri ilə rəqabət mümkünsüz idi. Rusiya, Çin və İran kimi ölkələr son illərdə ordularını və silahlarını ciddi şəkildə modernləşdirə bildi. Bu vəziyyət “ABŞ-ın üstünlüyü sona çatır” ifadəsini aktuallaşdırır.

Rusiya Baltik dənizində güclü hava hücumundan müdafiə sistemi qurub və raket komplekslərini bölgəyə göndərib. Ayrıca, Moskva qurudan havaya atılan mərmiləri də sınaqdan keçirib.

Əgər Pentaqon önümüzdəki bir neçə il ərzində strategiyasını nəzərdən keçirməsə, ABŞ ordusu Rusiya və Çinin yeni nəsil silahlarının kölgəsində qalacaq. Bunun nəticəsində isə Vaşinqton hərbi sahədəki üstünlüyü sonsuza qədər unutmaq məcburiyyətində qalacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.