“İranı böyük dəyişikliklər gözləyir” - Əhmədinejad

20-06-2021, 00:00           
“İranı böyük dəyişikliklər gözləyir” - Əhmədinejad
"Prezident seçkisindən sonra İranı böyük dəyişikliklər gözləyir”.

Bunu eks-prezident Mahmud Əhmədinejad ölkədə yekunlaşan səsvermədən sonra verdiyi müsahibədə deyib.

"Yaxın gələcəkdə münasibətlərdə və dünya nizamında böyük dəyişikliklər gözləməliyik. İranda da böyük dəyişikliklər və islahatlar olacaq”, - deyə Əhmədinejad seçkilərin nəticəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, İranın xarici siyasətində ciddi dəyişikliklər qısa müddətdə baş verməyəcək:

"Qısa müddətdə xarici siyasətdə böyük dəyişikliklərin olacağı görünmür. Ancaq yaxın gələcəkdə dünya nizamının inkişafı ilə ümumilikdə beynəlxalq münasibətlər dəyişəcək və dolayısıyla bu dəyişikliklər İranla əlaqələrə də təsir edəcək”.

Qeyd edək ki, İranda prezident seçkisinin qalibi 61,9% səslə İbrahim Rəisi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru