Dünyanın ən hündür oteli açılıb - 632 METR!

30-06-2021, 11:46           
Dünyanın ən hündür oteli açılıb - 632 METR!
Dünyanın ən hündür oteli artıq fəaliyyətə başlayıb.

Teref.az xəbər verir ki, Çinin birinci, dünyanın ikinci ən hündür binası olan Shangahi Tower-in son mərtəbələrində J Hotel açılıb.

632 metr hündürlükdə yerlləşən otelin 165 nömrəsi və 34 süiti var. Ən iri məkanı 380 kvadrat metrlik Şanxay Süitdir, gecəsi 10,4 min dollardan başlayır. Ən ucuz nömrəni isə 555 dollardan sifariş etmək olar. Oteldə Çin, Yaponiya, İtaliya və digər ölkələrin mətbəxinə aid 7 böyük restoran mövcuddur.

Xatırladaq ki, Dubayda yerləşən 356 metr hündürlüyündə Gevora Hotel 2018-ci ildə Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən hündür mehmanxanası kimi qeydiyyata alınmışdı. Yeni tikilən Ciel Tower isə 360,4 metrlə Gevoradan daha uca olacaq. (Marja)















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru