Ruhani ölkəsinin düşdüyü çətin vəziyyətdən danışdı: “Heç kim bizə maska vermədi”

2-07-2021, 00:09           
Ruhani ölkəsinin düşdüyü çətin vəziyyətdən danışdı:
İran Prezidenti Həsən Ruhani videokonfrans formatında qatıldığı görüşlərdə İranın iqtisadi problemlərindən danışıb.

“Anadolu” agentliyi məlumat verir ki, o ölkədə 1 100 000 nəfərin işsiz qaldığını deyib:

“COVID-19 səbəbiylə 1 100 000 adam işsiz qaldı. Bir milyon insanın işsiz qalması milyonlarla insanın çətinliklərlə üzləşməsi deməkdir... İqtisadi müharibələr, quraqlıq və daşqınlar xalqı sıxıntıya saldı”.

Ruhani deyib ki, pandemiya müddətində sanksiyalar səbəbi ilə bir sıra maneələrlə qarşılaşıblar:

“Biz maska istəyirdik, amma bizə heç kim maska vermədi. Heç kim tənəffüs cihazı vermirdi. Tramp axmaq deyirdi ki, əgər respirator istəyirsinizsə, 4 dənə göndərək. Dedim ki, istəsən biz sizə 40 dənə göndərərik”.

/oxu.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru