Fransada xarici ölkə səfirliyinə hücum olub

27-07-2021, 07:32           
Fransada xarici ölkə səfirliyinə hücum olub
Naməlum cinayətkarlar Kubanın Fransadakı səfirliyinin binasına yandırıcı qarışığın olduğu butulkalarla hücum ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya bildirib.

"Bizim Parisdəki səfirliyimizə "Molotov kokteyli"nin tətbiqi ilə terror aktı təşkil olunub. Hesab edirik ki, ölkəmizə qarşı fasiləsiz kampaniyalara, cəzasız zorakılığa həvəsləndirən belə davranış və çağırışlara görə ABŞ hökuməti məsuliyyət daşıyır", - o özünün tvitterdəki hesabında yazıb.

Bu, Kubanın diplomatik nümayəndəliyinə birinci hücum deyil: ötən ilin aprelində naməlum kişi ABŞ-ın paytaxtı Vaşinqtonda da Kuba səfirliyinin binasına atəş açıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb, amma binaya zərər vurulub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.