Cənubi Koreya və KXDR arasında rabitə xətləri bərpa olundu

27-07-2021, 07:43           
Cənubi Koreya və KXDR arasında rabitə xətləri bərpa olundu
Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası arasında 2020-ci ildə qırılmış rabitə xətti ölkələrin liderlərinin bu barədə razılaşmalarından sonra çərşənbə axşamı bərpa edilib.

“Report” xəbər verir ki, bu barədə Koreya Respublikasının Prezident Administrasiyası bildirib.

İdarənin məlumatına görə, əlaqə 9 iyun 2020-ci ildə bütün xətlərin işinin dayandırılmasının 14 ayı ərzində çərşənbə axşamı ilk dəfə bərpa olunub. İki ölkənin səlahiyyətli orqanları saat 10:00-da birinci telefon zəngi ediblər.

"Cənubi və Şimali Koreya 27 iyulda saat 10:00-da (Bakı vaxtı ilə saat 05:00-da-red) bütün bu vaxt ərzində qırılmış rabitə xətlərini bərpa etməyə qərar verdilər və birinci zəngi etdilər. Biz ümid edirik ki, rabitə xəttinin bərpası ölkələr arasında inkişafın və münasibətlərin bərpasına müsbət təsir göstərəcək", - deyə Cənubi Koreyanın Prezident Administrasiyasında bildiriblər.

Qeyd edilir ki, əlaqənin bərpası haqqında razılığa iki ölkənin liderlərinin müraciətləri ilə nail olunub.

2020-ci ilin yazında Cənubi Koreyanın Pxenyan əleyhinə fəalları tərəfindən Şimali Koreyaya təbliğat broşurləri və materiallar göndərilməsi səbəbindən iki ölkə arasındakı münasibət kəskinləşib. İyunun 9-da Şimali Koreyanın Mərkəzi Teleqraf agentliyi Cənubla bütün rabitə xətlərinin tamamilə pozulduğunu elan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.