Əl-Qaidə geri qayıda bilər - Britaniya naziri

13-08-2021, 16:05           
Əl-Qaidə geri qayıda bilər -
Əfqanistan dövlətinin çöküşü regionda Əl-Qaidə və digər hərbi yaraqlıların yenidən ortalığa çıxmasına şərait yarada bilər.

EDNews.net xəbər verir ki, bu sözləri Britaniya müdafiə naziri Ben Wallece deyib.

Müdafiə naziri Ben Wallace Əfqanistanla bağlı suala cavablandırarkən Əl-Qaidə terror qruplaşmasının yenidən qayıtması ehtimalı barədə narahatlığını bildirib. “Qərb Əfqanistanı möhkəmləndirməyi bacara bilmədi, lakin ölkədəki vəziyyəti nəzarətə almalıdır.

Əksi təqdirdə Əl-Qaidə və digər hərbi qruplaşmalar yenidən ortalığa çıxacaq”. Britaniya naziri onu da qeyd edib ki, Əfqanistanın ikinci ən böyük şəhəri Qəndəhar və Ləşkar Gah şəhərləri artıq Talibanın nəzarəti altındadır. Qeyd edək ki, Taliban yüksək sürətlə irəliləməklə Əfqanistanın əksər ərazilərini nəzarətə götürüb.

Bu ölkədən ordusunu geri çəkən ABŞ-da və Əfqanistan hökümətində şok yaradıb.

Xatırladaq ki, Əfqanistan 1996-ci ildən 2001 – ci ilə qədər Taliban tərəfindən idarə edilib. Lakin, 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ ordusunun Əfqanistana müdaxiləsi nəticəsində Taliban hakimiyyətinə son qoyuldu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru