Gürcüstan xəstəxanalarında vəziyyət kritik həddə çatıb, vaksinasiya məcburi ola bilər

13-08-2021, 16:08           
Gürcüstan xəstəxanalarında vəziyyət kritik həddə çatıb, vaksinasiya məcburi ola bilər
“Gürcüstanın səhiyyə sistemində vəziyyət kritik həddə çatıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterine Tikaradze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, koronaviruslu xəstələrin çarpayı ilə təmin olunmasında ciddi problemlər var: “Hazırda Gürcüstanda aktiv xəstə sayı 50 192 nəfər təşkil edir ki, onların 6 635-nin stasionar müalicəyə ehtiyacı var. 1 327 pasiyentin vəziyyəti ağırdır, 326-sı süni tənəffüs aparatına qoşulub. 3 409 pasiyent COVID-19-a yoluxanların tibbi nəzarətdə saxlanıldığı mehmanxanalarda yerləşdirilib, 40 148 nəfər yoluxan şəxs isə ev şəraitində müalicə kursu keçir”.

Qonşu ölkədə mövcud ağır epidemioloji vəziyyət fonunda koronavirusa qarşı vaksinasiyanın məcburi olacağı gözlənilir. Baş nazrir İrakli Qaribaşvili peyvəndlənmənin yaxın zamanlarda məcburi olacağını istisna etməyib.

“Biz buna istəsək də, istəməsək də getməliyik. Peyvənd vurdurmayan şəxs ölüm hallarının artdığı reallığı müşahidə etməli olacaq. Buna görə də özünü qorumaq üçün vaksinasiyadan mütləq keçmək lazımdır”, - o deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru