Gürcüstan Abxaziyaya görə Ukraynaya nota verdi

13-08-2021, 20:39           
Gürcüstan Abxaziyaya görə Ukraynaya nota verdi
Gürcüstan Xarici İşlər Nazirliyi Ukraynaya məxsus bir şirkətin separatçıların nəzarəti altında olan Abxaziyaya səyahət turları təşkil etdiyinə görə bu ölkəyə nota verib.

Modern.az xəbər verir ki, məlumatı Ukraynanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko təsdiqləyib.

Nikolenko qeyd edib ki, Kiyev Tiflislə strateji tərəfdaşlığı yüksək qiymətləndirir və sözügedən firmanın bu cür fəaliyyətini tamamilə qəbuledilməz hesab edir.

Qeyd edək ki, bir sıra KİV-lərdə Ukraynanın "Kuluar hike" adlı turizm şirkətinin Rusiyada, eləcə də Abxaziyada dağ turları təşkil etməsi barədə məlumatlar yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru