Taliban Əfqanıstanı tam özünə tabe edə biləcək?

14-08-2021, 16:25           
Taliban Əfqanıstanı tam özünə tabe edə biləcək?
Taliban hazırda şəhər və qəsəbələri ələ keçirir, əfqan ordusunun müqavimət gücünü qırır. Taliban güclü ideologiyası və dəmir nizamı hesabına Əfqanıstanda irəriləməkdə davam edir.
Dünyanın supergücü Amerikanın Əfqanıstanda 20 illlik varlığı da Talibanın sonunu gətirmədi.
Buna baxmayaraq, Əfqanıstanın milli və coğrafi rəngarəngliyi Talibana ölkənin tamamını nəzarət altında saxlamağa imkan verməyəcək. Taliban paytaxt Kabili də ələ keçirə bilər. Ancaq müxtəlif xalqlar və dağlardakı silahlı qruplar Talibana qarşı müqavimətlərini davam etdirəcəklər.
Çünki Taliban Əfqanıstana rahat və firavan həyat vəd etmir, feodal qaydalar və qətllər gətirir. Bununla barışmaq istəməyən güclər isə kifayət qədərdir. Müxtəlif dövlətlər Talibanla təmas qura bilərlər, ancaq bu qruplaşmanın zəifləməsi üçün kənardan planlarlar hazırlayanlar da az deyil.
Elxan Şahinoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru