Taliblər Əfqanıstanın şimalındakı ən böyük şəhəri ələ keçiriblər

15-08-2021, 00:16           
Taliblər Əfqanıstanın şimalındakı ən böyük şəhəri ələ keçiriblər
Əfqanıstanda vəziyyət gərgin olaraq qalır. Azvision.az ​"Associated Press"ə istinadən xəbər verir ki, Taliban yaraqlıları Bəlx əyalətinin mərkəzi və Əfqanıstanın şimalında ən böyük şəhər sayılan Məzari-Şərifi ələ keçirib.

Əfqanıstanda vəziyyət gərgin olaraq qalır. Azvision.az "Associated Press"ə istinadən xəbər verir ki, Taliban yaraqlıları Bəlx əyalətinin mərkəzi və Əfqanıstanın şimalında ən böyük şəhər sayılan Məzari-Şərifi ələ keçirib.

Taliban Faryab əyalətinin inzibati mərkəzini ələ keçirib
Bu barədə agentliyə açıqlama verən əfqan parlamentarilərdən biri deyib ki, əvvəlcə əyalətdə yerləşən Əfqanıstan ordusu bölmələri daha sonra isə digər hökumətyönlü qüvvələr silahlılara təslim olublar.

"Taliban" ın qubernatorluğu və digər obyektləri ələ keçirdiyi bildirilir. Hazırda Əfqanıstanın böyük şəhərlərindən yalnız Pakistanla sərhəddəki, şərqdəki Nanqarhar əyalətinin mərkəzi olan Kabil və Cəlalabad hökumətin nəzarətindədir. Qərb mediası ABŞ kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb ki, Taliban tezliklə Kabili nəzarətə götürə biləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru