Əfqanıstanın keçid hökumətinə keçmiş daxili işlər naziri rəhbərlik edir

15-08-2021, 16:56           
Əfqanıstanın keçid hökumətinə keçmiş daxili işlər naziri rəhbərlik edir
Əfqanıstanın keçmiş daxili işlər naziri Əli Əhməd Ciləli ölkənin keçid hökumətinə rəhbər təyin edilib.

APA bildirir ki, bu barədə “Reuters” diplomatik mənbələrə istinadən xəbər verir.

Bir qədər əvvəl isə “Əl-Ərəbiyyə” telekanalı, Taliban nümayəndə heyətinin bu gün baş tutması gözlənilən hakimiyyətin transferi ilə əlaqədar hökumətlə danışıqlar aparmaq üçün paytaxt Kabildəki prezident sarayına gəldiyini bildirib.

Əfqanıstan daxili işlər naziri vəzifəsini icra edən Əbdül Səttar Mirzəkval, hakimiyyətin dinc yolla keçəcəyini söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru