“Əllərimizi bağlayıb vətəni satdılar”

16-08-2021, 00:01           
“Əllərimizi bağlayıb vətəni satdılar”
"Taliban"ın Kabilə girməsindən sonra Əfqanıstan prezidenti Əşrəf Qaninin ölkəni tərk etməsi etirazla qarşılanıb.

"Qafqazinfo" xəbər verir ki, Əfqanıstanın müdafiə nazirinin vəkili Bismillah Muhammedi tvitter hesabında Qaninin ünvanına ağır ittihamlar səsləndirib.

"Əllərimizi arxamızdan bağladılar və vətəni satdılar. Qani və heyətinə lənət olsun", - deyə o, qeyd edib.

Milli Barışıq Ali Şurasının sədri isə bildirib: "Əfqanıstanı çətin zamanda tərk etdi. Allah ondan bunun hesabı soruşacaq".

Qeyd edək ki, Ə.Qaninin Tacikistana üz tutduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru