"Taliban" ELAN ETDİ: Əfqanıstan İslam Əmirliyi yaradılır

16-08-2021, 00:07           
"Taliban" ELAN ETDİ:
Radikal "Taliban" hərəkatı tezliklə Kabildəki Prezident Sarayından Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan edəcək.

Publika.az xəbər verir ki, bu barədə "Associated Press" hərəkatın sözçüsünə istinadla məlumat yayıb.

Əfqanıstanda vəziyyət son həftələrdə "Taliban"ın ölkənin böyük şəhərlərinə hücumu ilə gərginləşdi.

Bazar günü media və mənbələr Əfqanıstandakı bütün sərhəd keçidlərinin "Taliban" tərəfindən nəzarət edildiyini bildirdi.

Silahlılar daha sonra Kabilə daxil olduqlarını bəyan etdilər.

Bundan əvvəl "Əl Arabiya" telekanalı da "Taliban"a istinadla xəbər vermişdi ki, yaraqlılar Əfqanıstanın paytaxtındakı prezident sarayını nəzarətə götürüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru