Kanadada növbədənkənar seçkilər təyin olunub 16-08-2021, 08:24 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək.TASS xəbər verir ki, bunu ölkənin baş naziri Castin Tryüdo videoçıxışı zamanı bəyan edib. Baş nazir bildirib ki, Kanada general-qubernatoru onun parlamentin buraxılmasına dair xahişini qəbul edib.Tryüdo qeyd edib ki, sentyabrın 20-də Kanada sakinləri yeni parlamenti seçmək üçün sandıq başına keçəcəklər. Facebook-da paylaş