Pentaqon Kabilə əlavə min əsgər göndərəcək

16-08-2021, 07:41           
Pentaqon Kabilə əlavə min əsgər göndərəcək
ABŞ Müdafiə Nazirliyi (Pentaqon – Red) amerikalıların təxliyəsinə kömək etmək üçün Kabilə əlavə 1 000 əsgər göndərilməsi barədə göstəriş verib.

“Report” xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının nümayəndəsinə istinadən “Reuters” məlumat yayıb.

Bununla da, Əfqanıstanda olan ABŞ hərbçilərinin ümumi sayı 6 minə çatacaq.

Qeyd edək ki, ABŞ və Fransanın Əfqanıstandakı səfirləri diplomatik korpusların yerləşdiyi binalardan təxliyə edilərək Kabildəki hava limanına gətiriliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru