Əşrəf Qəni 4 maşın dolu pulla qaçıb: “Pulların bir hissəsi uçuş zolağında qalıb“ 16-08-2021, 16:34 Əfqanıstan Prezidenti Əşrəf Qəni ölkəni tərk edərkən 4 maşın dolu pulu özü ilə hava limanına gətirib.Bu barədə Rusiyanın Əfqanıstandakı səfirliyindən “RİA Novosti”yə məlumat veriblər.Bildirilib ki, Ə.Qəni 4 maşın dolu pulu özü ilə aeroporta gətirsə də, bütün pulları özü ilə aparmağa müvəffəq ola bilməyib.“Pulların bir hissəsi uçuş zolağında qalıb”, - məlumatda qeyd edilib/Report. Facebook-da paylaş