Ukraynada nazirlik öz əməkdaşlarına maaşı rəqəmsal qrivnada verəcək

17-08-2021, 07:21           
Ukraynada nazirlik öz əməkdaşlarına maaşı rəqəmsal qrivnada verəcək
Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi öz əməkdaşlarının əmək haqqlarını Mərkəzi Bank tərəfindən hazırlanan rəqəmsal qrivnada verməyə hazırlaşır.

Cebhe.info xəbər verir ki, bunu nazirliyin başçısı Mixail Fyodorov deyib.

Onun sözlərinə görə, bu təşəbbüs nazirliyin nəzərdən keçirdiyi pilot layihələrdən biridir.

Qeyd edilir ki, bu ilin 30 iyununda Ukrayna Radası ölkənin Mərkəzi Bankı tərəfindən rəqəmsal valyuta buraxılışının ümumi prinsiplərini müəyyən edən qanun qəbul edib. Həmin qanun iyulda ölkə başçısı tərəfindən imzalanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru