"Hamımız yavaş -yavaş öldürüləcəyik" - Əfqan qızın bu videosu rekord vurdu

17-08-2021, 07:34           
"Hamımız yavaş -yavaş öldürüləcəyik" -
Sosial media platforması olan "Twitter"də əfqanıstanlı aktivist Masih Alinejad tərəfindən yerləşdirilən video dünyada trend olub.

Manset.az Qərb mediasına istinadən xəbər verir ki, dünya Talibanın Əfqanıstanı ələ keçirməsindən danışarkən sosial mediada bir video yayılıb.

Əfqanıstanlı qız, aktivist Masih Alinejadın "Twitter"də yerləşdirdiyi videoda qızın ağlayarkən verdiyi açıqlama ilə hər kəsin ürəyinə toxunub.

Dünya gündəminə damğa vuran görüntülər sosial mediada sürətlə yayılarkən, əfqan gənc qızın videosu milyonlarla insan tərəfindən izlənilib.

Masih Alinejadın Twitter-də yerləşdirdiyi videoda naməlum gənc qız gözyaşlarına boğulub və bu ifadələri işlədib:

"Əfqanıstanda doğulduğumuz üçün heç kim bizimlə maraqlanmır. Ağlamaqdan özümü saxlaya bilmirəm. Hamımız yavaş -yavaş öldürüləcəyik".

Naməlum əfqan qızının videosunu qısa müddətdə 2 milyona yaxın insan izləyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru