Taliban sözçüsündən ŞOK açıqlama: "Rusiya və Çin hərəkatı dəstəkləyir"

18-08-2021, 07:11           
Taliban sözçüsündən ŞOK açıqlama:
Rusiyanın terror təşkilatı kimi tanıdığı Talibanın rəsmi nümayəndəsi Suheil Şahin deyib ki, Moskva və Pekin hərəkatı dəstəkləyir.

Bizimxeber.az xəbər veir ki, bu barədə "Sky News" məlumat yayıb.

İngilis bir jurnalistin "Taliban"ın Rusiya, Çin və Pakistandan maliyyə yardımı alıb -almadığını soruşduqda, Şahin mənfi cavab verib. Eyni zamanda, hərəkatın bu dövlətlərlə yaxşı əlaqələrinin olduğunu da qeyd edib: "Siyasi dəstək alırıq. Çini və Rusiyanı da ziyarət etdik. Taliban Əfqanıstanda siyasi və hərbi qüvvədir, bu bir reallıqdır və bunu dəstəkləyirlər".

Onun sözlərinə görə, hazırda Talibanın Əfqanıstanda heç bir müttəfiqi yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru